Türkiyəli məşhur sənətçi İrəm Derici sosial şəbəkədə paylaşım ilə diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, İrəm özündən 7 yaş kiçik sevgilisi Atakan İşıktutanla münasibətinə son qoyub.
Belə ki, cütlük 8 aydır birlikdə idi. İrem və Atakan daima sosial şəbəkələrdə xoşbəxt olduqlarını izləyicilərinə bildiriblər. Lakin ayrılıq qərar almaqları sosial media izləyicilərini şoka salıb.
Qeyd edək ki, İrəm Dericinin ayrılmasına səbəb kimi, bir-birilərinə vaxt ayıra bilməmək, işlərinin çox olması əsas göstərilib.
Xəyalə Rza


















