• Bakı 26° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Rəqsanə İsmayılova Təranə Səmədovaya narkotik verib?

MƏDƏNİYYƏT

07 Oktyabr 2023 | 12:25

Rəqsanə İsmayılova Təranə Səmədovaya narkotik verib?

Prodüsser Təranə Səmədovanın qızı Suel anası ilə bağlı Xoşqədəm Hidayətqızına müraciət edib. 

Bakıvaxtı.az xəbər verir ki, 14 yaşlı Suel yaş yarımlıq bacısı Adellə birlikdə müğənni Rəqsanə İsmayılova ilə yaşamaq istəyir. 
Məsələ ilə bağlı Rəqsanə İsmayılova da "Səni axtarıram" verilişinə üz tutub. O, Təranə Səmədovanın uşaqlarını himayəyə götürmək istəsə də, 7 aydır həbsxanada olan prodüsser buna etiraz edir. 

O uşaqlarının dövlət himayəsinə verilməsini istəyir. Suel isə anasının fikri ilə razılaşmış və qanun çərçivəsində Rəqsanə İsmayılova ilə birlikdə Moskvada yaşamaq istəyib. 

"Təranə özü mənə o qədər pisliklər edib ki, elə bilir uşaqlarından alacam qisasını. Ancaq körpə balasına gətirib 8 ay mən baxdım. Sonra gördüm ki, qanun çərçivəsində deyil, apardım Kəmalə xanımın sığınacağına. Uşaqlar 1 həftədən çox orada qaldılar. Sonda dözmədim, getdim danışdım gətirdim 2 gün də qaldılar bizdə. Ondan sonra da nə qədər etsək də, uşaqlar getmədi. Sonra Kəmalə xanımla qırğına çıxdıq gündə necə mühafizə orqanları gəlirdi bizim qapıya. Ancaq Suel getmək istəmədi. Balaca bacısını alıb uşaqlar sığınacağına verdilər. Avqust ayında ürəyim dözmədi. Adelin bir yaşı idi. Apardım bacılar görüşdü. Ona orda kiçik doğum günü keçirtdik. Ancaq indi Təranə həbsxanadan zəng edir qızına deyir sən oyunun içindəsən. Burada nə oyun var? Mənim 4 uşağım var durub elə nə isə edən olsam aylarla bizdə qalanda edərdim. Mənim indi burda olmaq məqsədim odur ki, mən çıxıb gedəcəm Moskvaya. Bu uşaqlar yenə burda qalacaqlar. Sueli özbaşına apara bilmərəm. O da, bacısından ayrı gedə bilmir. Ona öyrəşib. İstəyir ki, bacısı ilə birlikdə müvəqqəti olaraq mənim himayəmdə qalsın",-deyə Rəqsanə bildirib. 

Jurnalist Zülfiyyə Əbülfəz isə efirədə Təranənin uşaqlarını Rəqsanəyə niyə vermədiyinə aydınlıq gətirib. Belə ki, Təranə həbsxanadan jurnalistə zəng edib ki, Rəqsanə  onu aldadıb və narkotik həblər verib, sonda da zəng edib narkoloji dispanserə saldırıb. 
R.İsmayılova isə məsələnin tamamən yanlış anlaşıdlığını bildirib : "Mən neçə illərdir xalqın gözünün qabağındayam. Mən nə siqaret çəkirəm, nə içki içirəm, nə də narkotik istifadə edirəm. Hamısı boş şaiyədir. Mənim fikrim, niyyətim bəllidir. Allah heç kəsin ağlını əlindən almasın. 44 yaşım var, bu saatdan sonra mənim səhf etməyim ağılsızlıq olar". 

Qeyd edək ki, prodüsser Təranə Səmədova ən son 2023-cü ilin fevralında Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026