“Afət Fərmanqızı kimdir ki, mənim mahnım üçün kiməsə icazə verə ki, oxu, ya oxuma?”
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Dağlar oğlu dağlar” mahnısının müəllifi Ayaz Allahverdiyev sosial şəbəkə hesabındakı paylaşımında deyib.
O, Afət Fərmanqızının mahnını “Youtube” kanalından silməsini tələb edib: “ Mən bayaq baxdım, Afət mahnını oxuyub, pis günə qoyub. Mahnını zay edib. Sən mahnını bir də zay eləmə. Gedib kiminsə toylarını zay edirsən. O öz işindir, toy sahibinin işidir. Amma mənim mahnımı zay eləmə. Sənə icazə vermirəm, qətiyyən oxuma! Sil! İnsanda bir az qürur olar. Mən sənə deyirəm oxuma, oxuyursan”.
Qeyd edək ki, mahnı həm Ayaz Allahverdiyevin, həm Afət Fərmanqızının, həm də Vəfa Şərifovanın rəsmi “Youtube” səhifələrində paylaşılıb. Ən çox baxışsa Ayaz Allahverdiyevin paylaşımına gəlib. Sözügedən ifa onun “Youtube” səhifəsində 3 milyondan artıq baxış toplayıb.
Vəfa Şərifovanın ifasında isə bu mahnıya 960 min baxış gəlib.
Afət Fərmanqızına gəlincə, mahnı onun ifasında cəmi 87 min baxış toplaya bilib.
Ziyafət Əlisoy
















