"Səidə Sultanla münasibətim yoxdur. Onu toyuma dəvət etməmişdim, o da məni. Bu, normaldır. 18 ildir ki, ailəliyəm və bu 18 ildə mənimlə Səidə arasında münasibət dəyişməyib".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “10-da görüşək” verilişində deyib.
Sənətçi keçmiş “W-trio” qrupunun üzvləri ilə münasibətindən də söz salıb: "Xeyir-şərdən qalan adam deyiləm. Dəvət olunan yerə hər zaman getməyə çalışıram. Əhvalım korlanmasa, qlobal bir şey baş verməsə, bəlkə də qonaq çağrılan yerə gedərdim, niyə də yox? Hələ ki, belə bir münasibət yoxdur. Son 10 il ərzində də belə bir münasibət olmayıb".
Müğənni başının qarışıq olduğunu deyib: "Əminəm ki, hər kəsdə də bu belədir. Qayğılarım, ailəm, dörd uşaq, tələbələrim, layihələrim... İşim başımdan aşır. Dəfələrlə onlarla üzbəüz gəlmişəm, salam-sağ ol, öpüşüb, görüşmüşük, söhbət də etmişik, çörək də yemişik”.
Ziyafət Əlisoy












jpg-1704190321.webp)



