Müğənni-bəstəkar Murad Arif “Youtube”da yayımlanan verilişlərlə bağlı sərt fikirlər səsləndirib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.
O, verilişlərin baxış sayının saxta olduğunu və sponsorların saxta baxışla aldadıldığını bildirib.
Müğənni bildirib ki, bəzi verilişlər avam sponsorları saxta baxışlarla aldadır: "Necə olur ki, mənim 50 min baxılan verilişim sizin 500 min baxılan verilişinizdən 100 dəfə daha çox şərh yığır, müzakirə yaradır? Bu qədər saxtasınız”.
Ziyafət Əlisoy















