Xalq artisti Röya Ayxan “Xəzər” televiziyasında yayımlanan “Zarafat bir yana” tok-şousunda qonaq olub.
Bakıvaxtı.az xəbər verir ki, tamaşaçılardan birinin sualı müğənnini özündən çıxarıb.
“Bəzi müğənnilər, hansı ki, səsi olmayan, sənəti olmayan, sənəti ilə məşhurlaşa bilməyənlər digər metodlardan istifadə edərək sənətə ilk addımlarını atırlar. Mənə maraqlı gələn budur ki, sizin çox gözəl səsiniz və böyük sənətiniz var. Necə oldu ki, siz də həmin o digər müğənnilər kimi ilk dəfə səhnəyə addımlarınızı atarkən başqa metodlarla, soyunaraq gəldiniz səhnəyə?” sualına Xalq artisti əsəbi şəkildə cavab verib: “Mən çıxanda hansı mahnı ilə çıxmışdım? Heç kim deməsin, o özü (Sual verən şəxsi nəzərdə tutur – red) mənim sualıma cavab versin. Hansı mahnı ilə çıxmışdım?”
Xalq artisti əsəbi şəkildə fikirlərini davam etdirib: “Gözlədim ki, onu deyib, onun nə ilə bağlı olduğunu desin. Paltarla bağlı olduğunu deyəndə dəli oldum”.
Ziyafət ƏIisoy
















