Mügənni Nüşabə Musayeva maraqlı açıqlaması ilə diqqət çəkib.
Bakıvaxtı.ax xəbər verir ki, Nüşabə Musayeva 15 yaşında olarkən, ailə üzvlərini avtomobil qəzasında itirib. Bundan sonra isə atasının onun doğma atası olmadığını öyrəndiyini etiraf edib.
"Əmim oğlunun toyuna getmişdik. Gədəbəydən qayıdanda Hacıqabul rayonu, Nəvai postuna çatanda maşın "KamAZ"ın altına girdi. Avqustun 31-dən sentyabrın 1-nə keçən gecə saat 2-ə qalmış qəza oldu. Atamın gözləri zəif görürdü. "KamAZ"ın da işıqları çox böyük idi. O yadımdadır ki, atama deyirdim yavaş sür. Bir anlıq ayıldım ki, deyirlər bu da sağdır. Hadisə 1999-cu ildə baş verib. Ondan sonra həyatım dəyişdi, çətin günlər başladı. Balaca qardaşım, atam və mən sağ qaldıq. Anam, qardaşım, bacım və əmim oğlu dünyasını dəyişdi".
Müğənni əlavə edib ki, anasını itirəndən sonra atasının başqa yaxın qohumla evlənməyinə razı olmayanda isə başqa sirlər ortaya çıxıb: "Mən istəmirdim ki, atam başqa qadınla evlənsin. Hətta həmin qadın çox yaxın qohum idi. Sonradan hər şeyi öz adına keçirib, atamdan da ayrıldı. Atam 4 il bundan əvvəl rəhmətə getdi. O, icazə vermirdi atamla, qardaşımla görüşüm. Sonra mənə dedilər ki, o sənin doğma atan deyil. Mən travma üstünə travma almış oldum. Sonra doğma atamı tapdım. Lerikdə yaşayır, onun da 6 övladı var. 4 qızı 2 oğlu və münasibətlərim yaxşıdır. Çox istəyirəm. Səbrsiz insandır. Mən də inadçıyam. Yola gedə bilmədik. Evlərinə çatıb oturan kimi mənə dedi ata de. Sonra sənədləri göstərdi gördüm ki, məni axtarıb".
Nüşabə Musayeva sonda bildirib ki, qardaşı ilə ögey münasibəti olmayıb.
"Atam məni böyüdüb, boya-başa çatdıran gədəbəyli müəllim Sabir Musayevdir. Səfər Məmmədov isə bioloji atamdır",-deyə qeyd edib.
Xəyalə Rza