• Bakı 14° C

    8.63 m/s

  • USD - 1.7

    EUR - 1.9566

    RUB - 2.0988

Balaəli QƏZA KEÇİRDİ:"Elə bildim ölmüşəm"

MƏDƏNİYYƏT

06 Noyabr 2023 | 12:50

Balaəli QƏZA KEÇİRDİ:Elə bildim ölmüşəm

Məşhur meyxanaçı Balaəli Maştağalı maşın qəzası keçirib.

Bakıvaxtı.az xəbər verir ki, meyxanaçı bu barədə “Ay Zaur” proqramında danışıb.

Balaəli 2 gün yuxusuz qaldığına görə qəza törətdiyini deyib: “2 gün idi ki, yatmırdım. Bir gün rayonda toyda oldum, evə gəlmədim. Səhər-səhər verilişlərin birində qonaq idim. Səhər saat 9 idi, yatmadım, dedim yatsam, dura bilməyəcəm. Günorta da çıxdım verilişdən, uşaqlarla bir yerdə idik, axşam da toyda olacaqdıq. Uşaqlarla oturduq, çay içdik, yemək yedik. Saat 6-da çıxdıq burdan, getdik Ağcabədiyə”.

Meyxanaçı, hətta qəzadan sonra öldüyünü düşünüb: “Haradasa 10-un yarısında çatdıq Bakıya. Hiss elədim ki, yuxum gəlir. Pəncərəni açdım ki, külək dəysin. Ordan da bizə 6,7 dəqiqəlik yol idi. Ondan sonra hiss eləməmişəm ki, harda yatmışam. Sonra maşın aşdı, düşdüm, oturdum. Ora da elə yerdi ki, çöllükdür, körpüdən aşağı düşmüşəm. Gördüm çöllükdəyəm, dedim artıq hər şey bitdi, yəqin ölmüşəm. Əlimi üstümə vururam ki, görüm ölməmişəm”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

04 Noyabr 2025