• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

“Təmiz musiqimizə ləkə salanlar DÜŞMƏNLƏRİMDİR”

MƏDƏNİYYƏT

06 Dekabr 2023 | 11:43

“Təmiz musiqimizə ləkə salanlar DÜŞMƏNLƏRİMDİR”

“Əvvəllər proqramlarda seçimlər olurdu, bayağı ifaçılar seçilirdi, onlar efirlərə dəvət olunmurdular. İndi hamısı qarışıb bir-birinə. Əsl sənətə xidmət edənləri də gətirilər həmin verilişə , bayağı, dırnağarası ifaçılar da həmin proqramda olurlar”.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov “Gün işığında” verilişində deyib.

Bayağı musiqi və ifaçılardan gileylənən sənətçi bu ifaların tez bir zamanda unudulacağını vurğulayıb: “Danışıram, deyirəm, bəziləri pis qəbul edə bilər. Ancaq ciddi musiqimizə, milli musiqimizə, təmiz mədəniyyətimizə ləkə gətirənləri düşmən gözündə görürəm”.

Əməkdar artist bildirib ki, onsuz da bayağı musiqilər bir müddətdən sonra yox olub gedəcəklər: “Bu, sadəcə müəyyən bir müddət ərzində olan mahnılardı və bu vaxt ərzində dinləyicini, izləyicini aldadırlar”.

Ziyafət Əlisoy

                                                                              


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026