“Rəngarəng səhər” verilişində maraqlı anlar yşanıb.
Bakıvaxtı.az xəbər verir ki, proqramın qonağı olan müğənni Mənzurə Musayevaya evlərinin sayı ilə bağlı sual veriblər.
Müğənni isə evlərinin sayını unudub. O, sənətə yeni gələn ifaçılardan misal gətirib: “30 ildir oxuyuram, deyirsiz evim olmasın? İndikilər 5 il oxuyurlar, villada yaşayırlar. Biz yazıqlar 30 ildir oxuyuruq, indi düzəltmişik də”.
Proqramın aparıcısı Zaur Nəbioğlunun sualı isə Mənzurənin gülüşünə səbəb olub. Zaurun “neçə evin var? 16, yoxsa 17" sualına Mənzurə belə cavab verib: “Biri var bahalı ev, biri də acından ölməmək üçün ev. Neçə dənə olsa da ucuzvari evlərdi. Bilmirəm neçə dənədir. 3 dənə, 5 dənə”.
Ziyafət Əlisoy
















