Tanınmış repçi Elxan Zeynallı (Qaraqan) ilə bağlı xəbərlər gündəmdədir.
Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, məşhur repçinin Bakıya döndüyü ilə bağlı xəbərlər yayılıb.
Qeyd edək ki, 2007-ci ildə yarandığı gündən böyük pərəstişkar toplamış H.O.S.T qrupunun üzvləri 2012-ci ildən etibarən karyeralarına ayrı ayrılıqda davam etmək qərarı aldılar. Qrupun ən məşhur üzvü Qaraqan isə qrup dağıldıqdan bir müddət sonra Amerikanın Nyu-York şəhərinə köçdü.
Qaraqan Nyu-Yorka köçdükdən sonra yeni rep çıxarmasa da, fanatları onun bir gün geri dönəcəyinə inanır, yeni mahnı gözləyirdilər. Nəhayət, məşhur repçi bu il sentyabrın sonunda "Söz" adlı yeni trek çıxardı. Bununla da fanatlarında ümid qığılcımları oyandı.
Trekin ardından hər kəsin ağlında bir sual var: "Qaraqan Bakıdadır?"
Bakıvaxtı.az repçinın Azərbaycanda olub-olmadığını dəqiqləşdirmək üçün Elxan Zeynallının anası, tanınmış jurnalist Afaq Vasifqızına müraciət edib.
A.Vasifqızı oğlunun Bakıda olmadığını deyib: "Elxan hələ Azərbaycanda deyil".
Qaraqanın 7 ildən sonra mahnılarını "Youtube"a yerləşdirib, dinləyicilərini qeydiyyatdan keçməyə çağırması onun yeni planlarından xəbər verir.
Aytac Aslan
















