İsrail müğənnisi Riff Koen İstanbul konsertini təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, İstanbul Beynəlxalq Xalq Musiqisi Festivalında keçirilməsi planlaşdırılan 12 oktyabr konserti sənətçinin istəyi ilə ləğv edilib.
Bu barədə müğənni sosial şəbəkə hedabında məlumat yayıb.
İddialara görə, müğənninin bu addımı atmasına səbəb ölkəsində baş verən hadisələrdir.
"Doğma şəhərimdəki vəziyyəti nəzərə alaraq ailəm və sevdiklərimin yanında olmağı seçdim. Oktyabrda planlaşdırdığım İstanbul konsertimin ləğvini açıqlamalıyam. Bu çox çətindir. Anlayışla qarşıladığınız üçün təşəkkür edirəm",-deyə Riff Koen qeyd edib.
Xəyalə Rza


















