Müğənni Nüşabə Musayeva qardaşına ev hədiyyə edib.
Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Nüşabə qardaşına hədiyyəsini göz yaşları içərisində təqdim edib: "Pərvini uşaqlıqdan çox sevmişəm. Tək qardaşım kimi yox, Pərvini balam kimi istəyirəm. Biz tez bir zamanda ailəmizi itirsək də, atam onu mənə tapşırdı getdi. Dedi onu sənə tapşırıb gedirəm. Bu gün mən sənə bu hədiyyəni atamın-anamın adından hədiyyə etmək istəyirəm".
Xırdalan ərazisində yerləşən evini qardaşına hədiyyə edən müğənni ondan evlənməsini istəyib: "Xırdalanda 2 mərtəbəli, 4 otaqlı evimi qardaşıma hədiyyə edirəm... Bizim heç nəyə ehtiyacımız yoxdur. Evdə hər şey var. Xahiş edirəm, tez evlən. Artıq heç nəyə ehtiyacın yoxdur, hər şeyin var".
Ziyafət Əlisoy















