• Bakı 19° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Sərxan virusa yoluxdu: “Canımla əlləşirəm…”

MƏDƏNİYYƏT

08 Dekabr 2023 | 10:44

Sərxan virusa yoluxdu: “Canımla əlləşirəm…”

Sərxan Kərəmoğlu səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında paylaşım edib.

3 gündür ki, səhətinin yaxşı olmadığını bildirən S.Kərəmoğlu virusa yoluxduğunu deyib: “Çox pis virus yayılıb. Bu xəstəlik yalnız qızılca deyil. 3 gündür ki, canımla əlləşirəm. Səhhətimlə bağlı müəyyən şübhələrim vardı. Həkimlər məni o şübhələrimdən uzaqlaşdırdı. Mənə 3 gündür ki, müxtəlif sistemlər köçürülür”.

O, virusa yoluxan insanları həkimlərə müraciət etməyə səsləyib: “Bu müalicə isə mütləq şəkildə həkim nəzarəti altında olmalıdır. Əgər xəstələnmisinizsə, ağlınıza gələn müalicələr etməyin. Həkim nəzarətində olmalısınız. O bilməlidir ki, hansı maye sizin orqanizminizə yeridilməlidir”.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

08 May 2025