"Sözün düzünü deyim ki, mən qayınanamı çox istəyirəm. Ona ürəyim də deyirəm, canım da deyirəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Rəngarəng səhər" verilişində deyib.
Sənətçi həyat yoldaşının ailəsini çox istədiyini bildirib: "Mən qayınlarımı qardaşlarımdan ayırmıram. Biz bir ailəyik. Allah bizim mehribanlığımıza dəyməsin. Bizdə böyük kiçiklik var. Qayınlarım da, qardaşlarım da mənim ürəyimdir. Başda qaynanam olmaqla hamısının qadasını alım".
Ziyafət Əlisoy
















