“Mən bu dünyada sevgi görmədim, bu dünya ancaq yalandır”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva deyib.
Həyatından gileylənən ifaçı sevgisizlikdən bezdiyini bildirərək göz yaşları töküb:
“Mən həyatda yalnız sənətlə xoşbəxt olmuşam… (Ağlayır) Allahım mənə hər şey verib. 15 yaşımdan pul qazanmışam. Amma xoşbəxtliyin nə olduğunu bilməmişəm. Baxırsan ki nəsə çatışmır. Övlad olmadı, oradan elə ayrıldım… Sevgidən danışanda qəribə oluram. Çünki o qədər saxta insanlar görmüşəm ki…”
Ziyafət Əlisoy
















