"Şou-biznesdə bir bəyə aşiq olduğum olub. Amma çərçivədən çıxmayıb”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Dəyişən cavab” verilişində deyib.
Sənətçi aşiq olduğu bəyin ondan yaşca kiçik olduğunu öyrəndiyində eşqinin üstündən xətt çəkib:
“Münasibətimiz bildiyiniz "eşq, məhəbbət"ə gəlib çatmayıb. Çünki bilmişəm ki, o şəxsin yaşı azdır. Həmin şəxs müğənni idi”.
R.Zərgərli həmin şəxsin Azərbaycanda yaşamadığnı deyib:
“Mənim məndən yaşı az olan bəylə münasibətim alınmaz. Kişi məndən ağıllı olmalıdır. Onun hökmü olmalıdır”.
Ziyafət Əlisoy
















