“Mən bu geyimi beş dəfə geyinmişəm, amma yenə də geyinirəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.
Teleaparıcı həmkarlarını tənqid edib:
“Mən efirdə moda göstərmirəm. Əsas səliqəli görünsün. Çirkin görünməyim, bir geyimi 20 dəfə də geyinərəm. Mən geyim göstərməyə çıxmamışam. Bir-ikisi mənə yazıb ki, bu paltarı neçə dəfə geyindin? Əzizim, mən 30 ildir mediadayam, bu günə qədər işimi göstərirəm, özümü yox”.
Ziyafət Əlisoy
















