• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Kivi quşuna qulluq edən ilk xəxstəxana açıldı

DÜNYA

23 Fevral 2024 | 17:00

Kivi quşuna qulluq edən ilk xəxstəxana açıldı

Yeni Zelandiyada kivi quşlarına qulluq edən ilk xəstəxana açılıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, baytarlar artıq ilk xəstəni - Plyux adlı cücəni sağaldıblar. Unikal canlılar üçün reabilitasiya mərkəzi Yeni Zelandiyanın paytaxtı Oklenddən üç saatlıq məsafədə yerləşən Northland bölgəsində tikilib.

Belə bir qurumun yaradılması hələ də həssas növ olan kivi populyasiyasının artması ilə əlaqədar idi. Kivilər təxminən toyuq boyda qanadsız quşlardır. Onlar uça bilmirlər, lakin yer üzündə həyata yaxşı uyğunlaşırlar. Elm beş növ kivi bilir ki, bunların da hamısı yalnız Yeni Zelandiyada yaşayır. Bu gün bütün növlərdən olan bu quşların sayı təxminən 28 min ədəddir.

Baytarların sözlərinə görə, uçuş qabiliyyəti olmadığı üçün kivilər tez-tez maşınlara çırpılır və bəzən çıxa bilmədikləri yerlərdə qalırlar.

Mütəxəssislər tərəfindən xilas edilən Plyux adlı cücə şəxsi evin mülkiyyətində olan hovuza düşdüyü və təxminən bir gün suda qaldıqdan sonra möcüzə nəticəsində sağ qaldığı üçün adını almışdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024