• Bakı 19° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Kiyev 50 yaşdan yuxarı kişiləri də səfərbər etməyə başladı

DÜNYA

01 Sentyabr 2023 | 18:35 | Müəllif: Subhan Mahmudov

Kiyev 50 yaşdan yuxarı kişiləri də səfərbər etməyə başladı

Kiyevdə 50 yaşdan yuxarı kişiləri səfərbərliyə cəlb olunur. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS hadisə şahidlərinə istinadən məlumat yayıb.

Ukrayna paytaxtının sakinlərindən biri səfərbərliklə “hər şeyin çox faciəvi olduğunu” deyib.

“Onlar artıq Kiyevdə 50-dən yuxarı yaş qruplarını da cəbhəyə almağa başlayıblar”, - deyə qadın bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, çağırış vərəqələri insanların sıx olduğu bütün yerlərdə: avtobus dayanacaqlarında, mağazalarda və parklarda paylanır. Çağırış komissiyasının nümayəndələri səhər tezdən şəhərin yataqxanalarından birinin qarşısını kəsib və istisnasız olaraq orada olan və işə gələn bütün kişiləri səfərbər ediblər.

Avqustun 30-da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, hər iki aydan bir hərbi komissarlıqlar yeni təsdiq edilmiş səfərbərlik planını həyata keçirir”.

Avqustun 28-də Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ölkədə səfərbərlik planının hələ də yerinə yetirilmədiyini bildirib .


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026