• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Maldiv adalarının yeni prezidenti məlum oldu

DÜNYA

01 Oktyabr 2023 | 12:57

Maldiv adalarının yeni prezidenti məlum oldu

Maldiv adalarının hazırkı Prezidenti İbrahim Məhəmməd Solih rəqibi - Məhəmməd Muizzunun seçkilərin ikinci turunda qələbəsini tanıyıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Dhauru"ya istinadən xəbər verir.

"Prezident seçkilərinin qalibi Məhəmməd Muizzunu təbrik edirəm", - o sosial şəbəkədə qeyd edib.

Şənbə günü Maldiv adalarında səsvermənin ikinci turu keçirilib. Onun ilkin nəticələrini yerli informasiya portalı "Dhauru" dərc edib, ona görə, Muizzu 53,8 %, Solih 46,2 % səs toplayıb. Ümumilikdə seçkilərdə 241 mindən çox insan səs verib, seçici fəallığı 85 %-i ötüb.

Maldiv adalarında prezident seçkilərinin birinci turu sentyabrın 10-da keçirilib, lakin əsas namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.


SON XƏBƏRLƏR

26 Iyul 2024