• Bakı 20° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1329

“Kiyev rejimi Putinə qarşı uğursuz sui-qəsd hazırlayıb

DÜNYA

18 Iyul 2024 | 16:59

“Kiyev rejimi Putinə qarşı uğursuz sui-qəsd hazırlayıb”

“Kiyev rejimi anqlo-sakson sahiblərinin birbaşa iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinə qarşı uğursuz sui-qəsd hazırlamaqla məşğul olub”.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə danışıb. 

“Ukrayna Baş Kəşfiyyat idarəsinin rəhbəri Kirill Budanovun açıqlamasına diqqət yetirdik. O, iyulun 13-də Ukrayna nəşrinə müsahibəsində Rusiya Prezidentinə qarşı uğursuz sui-qəsd cəhdləri barədə etiraf edib. Şübhə yoxdur ki, bu cür cinayətlər Kiyev rejiminin anqlo-sakson sahiblərinin birbaşa iştirakı ilə planlaşdırılıb və maliyyələşdirilib. Kollektiv Qərb bununla da Kiyev rejiminin cinayətkar fəaliyətinin iştirakçısına çevrilir”, - deyə diplomat qeyd edib.


SON XƏBƏRLƏR

23 May 2025