• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ölkədə 20 tibb tələbəsi qaçırıldı

DÜNYA

17 Avqust 2024 | 13:42 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə 20 tibb tələbəsi qaçırıldı

Nigeriyanın Benue əyalətində 20 tibb tələbəsi qaçırılıb.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Benue polisinin sözçüsü Catherine Anene açıqlama verib. Onun sözlərinə görə, Benue əyalətindən Enugu əyalətinə gedən tibb tələbələrinin olduğu avtobusun Otukpo bölgəsində silahlı şəxslər tərəfindən hücuma məruz qalıb. 

Anene hücumda 20 tibb tələbəsinin qaçırıldığını qeyd edib.

Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Anene, hadisə ilə bağlı istintaq başladıldığını da vurğulayıb. 

Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan Boko Haram və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026