İsrailin baş naziri Benyamin Netanyahunun Hizbullaha qarşı genişmiqyaslı hərbi əməliyyat hazırladığı iddia edilib.
Bakıvaxtı.az "Kanal 13"ə istinadən xəbər verir ki, Netanyahu Livan sərhədində hərbi əməliyyat planlaşdırır. Netanyahu təhlükəsizlik rəsmiləri ilə strategiya görüşündə bildirib ki, İsrail şimal cəbhəsində genişmiqyaslı və güclü əməliyyat astanasındadır.
Hizbullah "qorxmuruq" deyərək bəyanat versə də, mümkün qarşıdurmanın müharibəni Yaxın Şərqə yayması ilə bağlı narahatlıqlar var. Hizbullah baş katibinin müavini Naim Kasım öz açıqlamasında "Bizim İsrailə müharibə elan etmək planımız yoxdur. Çünki bunun bir xeyir verəcəyini düşünmürük. Lakin İsrail bizə müharibə elan edərsə, cavab verəcəyik", deyə qeyd edib.
Gülşən Şərif




jpg-1729062552.webp)







jpg-1729055437.webp)

