• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Gürcüstan DTX-dən təxribatla bağlı XƏBƏRDARLIQ

DÜNYA

16 Oktyabr 2024 | 09:33

Gürcüstan DTX-dən təxribatla bağlı XƏBƏRDARLIQ

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) parlament seçkiləri ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı qurum məlumat yayıb.

DTX-nin məlumatına görə, siyasi dairələrlə əlaqəli qruplar Gürcüstan hökumətinin nümayəndələrinin səsləri və videogörüntülərindən istifadə edərək saxta video və audioyazılarını yaymağı planlaşdırırlar.

"Saxtalaşdırılmış audioyazılar Dövlət Təhlükəsizlik Xidmətindən sızdırılmış məlumatlar kimi təqdim ediləcək. Bu saxta məlumatın yayılmasının məqsədi hakimiyyət qolları arasında qarşıdurma yaratmaq, hökumət ilə pravoslav kilsəsi arasında düşmənçilik törətmək və hökumətlə Qərb tərəfdaşları arasında münasibətləri pisləşdirməkdir”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026