• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bayden Trampın təhlükəsizliyini qoruyacaq

DÜNYA

16 Sentyabr 2024 | 09:43 | Müəllif: Gülşən Şərif

Bayden Trampın təhlükəsizliyini qoruyacaq

ABŞ prezidenti Bayden Trampın təhlükəsizliyini təmin edəcəyinə söz verib.

Bakıvaxtı.az "Euronews"a istinadn xəbər verir ki, ABŞ prezidenti Co Bayden Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampa qarşı növbəti sui-qəsd cəhdinə münasibət bildirib.

O, açıqlamasında Trampın qolf klubunda baş verən atışmada xəsarət almamasından rahatladığını bildirib. 

Bayden ABŞ hökumətinə Trampın təhlükəsizliyini ən yüksək səviyyədə və davamlı şəkildə təmin etmək üçün bütün imkan və resurslardan istifadə etməyi tapşırıb.

Qeyd edək ki, ötən gün  Florida ştatında qolf klubunda atışma baş verib. Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxs Rayan Uesli Rut saxlanılıb. Məlumata görə, Rut silahın lüləsini Palm Biçdə (Florida) yerləşən Tramp Beynəlxalq Qolf Klubunun hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026