• Bakı 7° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna Xarkovu boşaldır

DÜNYA

15 Oktyabr 2024 | 23:45 | Müəllif: Subhan Mahmudov

Ukrayna Xarkovu boşaldır

Xarkov vilayətində üç icmanın sakinləri məcburi təxliyə ediləcəklər. Bu qərar xüsusilə Kupyansk şəhərinə aiddir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.

O bildirib ki, Xarkov vilayətində qış mövsümünə hazırlıq gedir. Ən çətin vəziyyət indi Kupyansk istiqamətindədir. Mövsümə hazırlıqla bağlı briqadalar müntəzəm olaraq atəşə məruz qalırlar. Şəhəri ayıran Oskol çayının sol sahilində elektrik enerjisinin, eləcə də istilik və su təchizatının bərpasına zəmanət verilə bilməz.

Onun sözlərinə görə, təkcə Oskol çayının hər iki sahilində 7 min nəfər yaşayır. Administrasiya rəhbəri vurğulayıb ki, Xarkov şəhərində təxliyə üçün yerlər hazırlanıb. Artıq 234 uşaq ailələri ilə birlikdə Kupyansk və yaxınlıqdakı icmalardan təxliyə edilib.

Sinequbov bildirib ki, bu gün, həmçinin İzyum rayonunun Borovaya kəndindən uşaqlı ailələrin məcburi təxliyəsi elan edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026