Avropa Komissiyası Ukraynaya dəstək üçün Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını müsbət qiymətləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin məlumatında deyilir.
Bildirilib ki, qərar indi AB Şurası tərəfindən təsdiqlənməlidir:
"Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün tələb olunan islahat öhdəliyinin bütün doqquz bəndini qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən etdi. AB Şurasının təsdiqindən sonra vəsait Ukraynaya veriləcək”.