Kolumbiya Prezidenti Qustavo Petro ABŞ-nin sabiq prezidenti Donald Trampa müraciət edərək Qəzzada təcili atəşkəsə ehtiyac olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, Petro "X" sosial şəbəkəsində etdiyi paylaşımda Trampın təşəbbüsü ilə həm fələstinlilərin, həm də israilli girovların həyatının xilas oluna biləcəyini qeyd edib.
O, Trampın dünya bazarlarını idarə etməyə çalışdığını vurğulayaraq, “İndi isə planetdəki həyatın azadlığı üçün qərar vermək zamanıdır”, – deyə bəyan edib.
“Bu ticarət azadlığı deyil, insan həyatının azadlığıdır. Kolumbiya Prezidenti olaraq sizdən xahiş edirəm – Fələstinlilərin və israilli girovların həyatını xilas etmək üçün hərəkətə keçin. Əgər siz istəsəniz, atəşkəs mümkündür və mən sizi bu təşəbbüsünüzdə dəstəkləyərəm,” – deyə Petro Trampa səslənib.
Qeyd edək ki, Petro İsrailin Qəzzəyə hücumlarını əsas gətirərək 3 may 2024-cü ildə bu ölkə ilə diplomatik əlaqələri kəsib. Martın 30-da isə o, “Netanyahu getdikdən sonra İsrail ilə münasibətləri bərpa edəcəyik. O, tarix qarşısında etdiklərinin cavabını verəcək,” – deyə əlavə edib.
Əli Hüseynov