• Bakı 13° C

    12.29 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - VİDEO

HADİSƏ

24 Aprel 2024 | 10:49

Köməksiz vəziyyətdə qalan azyaşlı xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərinin Rəsulzadə küçəsində yerləşən çoxmənzilli yaşayış binasında azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xüsusi alpinist ləvazimatlarından istifadə edərək onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olan xilasedicilər tərəfindən yatmış vəziyyətdə aşkar olunmuş 2014-cü il təvəllüdlü uşaq valideynlərinə təhvil verilib.


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024