• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Bakıda binada yanğın: sakinlər təxliyə edilib

HADİSƏ

24 May 2024 | 02:17 | Müəllif: Gülşən Şərif

Bakıda binada yanğın: sakinlər təxliyə edilib

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsi 12 ünvanında qeydı alınıb.

    Belə ki, doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin mətbəxi və dəhlizi yanmağa başlayıb.

    Alov yuxarıda yerləşən mənzilin eyvan qapısına da keçib.

    Əraziyə cəlb olunan FHN-in əməkdaşları alovun qarşısını alıb. Evdə olan yanar konstruksiyalar küçəyə atılıb. Bina sakini bildirib ki, yuxarı mənzildə yaşayan şəxs siqareti eyvana atıb. Bir müddət sonra yanğın başlayıb. Yanan mənzildə yaşayan ailə kirayə yaşayırmış. Hadisə zamanı 10 nəfər təxliyə edilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026