• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Konfrans Liqasında həftənin futbolçusu açıqlandı

İDMAN

05 Noyabr 2021 | 18:41

Konfrans Liqasında həftənin futbolçusu açıqlandı

UEFA Konfrans Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu ada Avstriyanın "Lask" komandasının hücumameylli yarımmüdafiəçisi Keyto Nakamura layiq görülüb. Yaponiyalı vinger evdə Ermənistan "Alaşkert"inə 2:0 hesabı ilə qalib gəldikləri matçda dubl edib.

21 yaşlı futbolçu səsvermədə "Qarabağ"dan Abdullah Zubiri, Slovakiyanın "Slovan" klubundan Andre Qrini, və Norveçin "Budyo Qlimt" komandasından Ola Solbakkeni qabaqlayıb.

Qeyd edək ki, Zubir Qazaxıstanda "Kayrat"ı 2:1 hesabı ilə məğlub etdikləri görüşdə 1 qolla yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026