• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanın olimpiya mükafatçısı ölkə çempionu oldu

İDMAN

05 Dekabr 2021 | 12:44

Azərbaycanın olimpiya mükafatçısı ölkə çempionu oldu

Taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, yarış Sumqayıt Olimpiya İdman Kompleksində gerçəkləşib.

Turnirdə 17 yaşdan yuxarı 100-dək idmançı iştirak edib. Qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq) və Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar.

Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Xəyyam Ağayev (+87 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, 53 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Patimat Abakarova Rio-2016 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026