• Bakı 24° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Norveçli futbolçunu İngiltərədə qarət etdilər

İDMAN

04 Yanvar 2022 | 09:09 | Müəllif: Subhan Mahmudov

Norveçli futbolçunu İngiltərədə qarət etdilər

Norveç millisinin yarımmüdafiəçisi, İngiltərənin “Norviç” klubunun futbolçusu Matias Norman Londonda qarət edilib.

İdmançı bu barədə “Instagram”da danışıb.

Naməlum şəxslər norveçli futbolçunun avtomobili qarət ediblər. Norman arxa şüşəsi sınmış avtomobilin fotosunu yerləşdirərək cinayətkarların içində sənədlər olan bütün çantaları oğurladığını bildirib.

25 yaşlı Norman 2021-ci ilin avqustunda İngiltərə klubuna icarəyə verilib. Eyni zamanda, futbolçunun hüquqları 2021/2022 mövsümündə dörd görüş keçirdiyi Rusiyanın “Rostov” klubuna məxsusdur. Transferdən sonra futbolçu İngiltərə Premyer Liqasında “Norviç”in heyətində 9 oyun keçirib və bir qol vurub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026