• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan millisində koronavirusa kütləvi YOLUXMA

İDMAN

02 Fevral 2022 | 09:26 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisində koronavirusa kütləvi YOLUXMA

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında kütləvi yoluxma qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, komandada 6 futbolçu, 1 nəfər məşqçi və inzibati heyət üzvündə koronavirus aşkarlanıb.

Həmin futbolçular bunlardır: Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov, Sənan Ağalarov. Yoluxan məşqçi isə Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovdur.

Bununla əlaqədar millinin toplanışı və səfəri ləğv olunub.

Qeyd edək ki, U-18 komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak etməli idi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026