• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Levandovskiyə daha bir müştəri

İDMAN

04 Mart 2022 | 00:50 | Müəllif: Subhan Mahmudov

Levandovskiyə daha bir müştəri

Polşa millisinin və "Bavariya"nın futbolçusu Robert Levandovski daha bir klubun maraq dairəsinə düşüb.

Bakıvaxtı.az-ın apasport.az saytına istinadən məlumatına görə, "Arsenal" hücumçunun xidmətində maraqlıdır.

"Bavariya" Robertlə müqaviləni uzatmaq barədə danışıqlar aparmır. Anlaşması 2023-cü ilin yayında başa çatacaq hücumçu şərtlərə yenidən baxılmasını istəyir. Levandovski təklifləri müzakirə etməyə hazır olduğunu da açıqlayıb. "Arsenal" da bu durumdan yararlanmaq fikrindədir.

Qeyd edək ki, polşalı "Mançester Siti" və "Atletiko"nun da maraq dairəsindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026