"Barselona"nın futbolçusu Luk de Yonq koronavirusa yoluxub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı hücumçudan götürülən test nümunələrinin cavabları pozitiv olub. O, karantinə alınıb.
De Yonq La Liqanın 30-cu turunda "Sevilya" ilə oyunu buraxacaq.
Qeyd edək ki, niderlandlı futbolçu bu mövsüm 15 maçtda 5 qol vurub.
















