• Bakı 25° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

“Milan” üç xalı bir qolla qazandı - VİDEO

İDMAN

01 May 2022 | 20:33

“Milan” üç xalı bir qolla qazandı - VİDEO

İtaliya A Seriaysında lider “Milan” bunadək turnirin yeddinci pilləsində qərarlaşmış “Fiorentina”nı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, 35-ci tur çərçivəsində baş tutan oyunda ev sahibləri son dəqiqələrdə vurulan bir qolla qələbəni bayram ediblər - 1:0.

Qeyd edək ki, turun dünənki oyunlarında çempionluğa iddialı “Napoli” “Sossuolo”nu darmadağın edib (6:1), bu gün isə “Yuventus” “Venesiya” üzərində qələbə çalıb (2:1).

Həmçinin, bu axşam liderdən iki xal geri qalan “İnter” “Udineze”nin qonağı olacaq.

Tura isə bazar ertəsi baş tutacaq “Atalanta” – “Salernitana” qarşılaşması ilə yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026