• Bakı 8° C

    6.43 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

UEFA "Finalissima"nın kubokunu təqdim etdi

İDMAN

31 May 2022 | 16:14

UEFA "Finalissima"nın kubokunu təqdim etdi

Futbol üzrə İtaliya və Argentina milli komandaları arasında keçiriləcək "Finalissima"nın kuboku təqdim olunub.

Bakıvaxtı.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təxminən 8,5 kq ağırlığında və 45 sm hündürlüyündə olan mükafat misdən hazırlanıb və gümüşlə üzlənib.

İlk dəfə 1985-ci ildə Parisdə Fransa və Uruqvay yığmaları arasında oynanılmış matçdan sonra təqdim olunan kubokun əsas hissəsi əvvəlki orijinal görünüşünü saxlayır.

Bununla belə, mükafatın gümüş hissəsi tünd boz nikel örtük də daxil olmaqla yenilənib ki, bu da klassik görünüşü qorumaqla onu modernləşdirməyə kömək edir. Yenilənmiş kubokun dizaynını Valentina Losa hazırlayıb.

Qeyd edək ki, UEFA və CONMEBOL (Cənubi Amerika Futbol Konfederasiyası) 30 iyun 2028-ci ilədək nəzərdə tutulan yenilənmiş və genişlənmiş memorandum imzalayıblar. Tərəflər tədbir zamanı AVRO-2020 və Amerika Kubokunun son qaliblərinin matçın təşkil etməyi razılaşdırıblar. Avropa çempionatını İtaliya, Amerika Kubokunu isə Argentina qazanıb.

"Finallisima" iyunun 1-də İngiltərənin paytaxtı "Uembli" stadionunda keçiriləcək.


UEFA "Finalissima"nın kubokunu təqdim etdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026