• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimizin rəqibinin heyətində ciddi itkilər

İDMAN

30 May 2022 | 22:26 | Müəllif: Subhan Mahmudov

Millimizin rəqibinin heyətində ciddi itkilər

Belarus millisi Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla keçiriləcək oyunlara ciddi itkilərlə çıxacaq. 

Bakıvaxtı.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Georgi Kondratyev məlumat verib. Onun sözlərinə görə, ötənilki heyətdən 11 futbolçu yığmanın iyunda keçirəcəyi görüşlərində iştirak etməyəcək. Baş məşqçi bildirib ki, buna səbəb bəzilərinin zədə, bəzilərinin isə ailə məsələlərinə görə millinin düşərgəsinə gələ bilməməsidir: "Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı var idi”.
 
Qeyd edək ki, Belarus millisi  yığmamızla iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda qarşılaşacaq. Komanda iyunun 13-də Bakıda yenidən millimizlə görüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026