• Bakı 14° C

    11.18 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Qarabağ"dan azarkeşlərinə jest

İDMAN

02 May 2022 | 18:23 | Müəllif: Subhan Mahmudov

"Qarabağ"dan azarkeşlərinə jest

"Qarabağ"ın "Sabah"a qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XXV turundakı ev oyununa giriş pulsuz olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi Feysbuk hesabında paylaşım edilib.

"Sabahkı oyuna girişi biletsiz etdik. Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq" - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, mayın 3-də "Azersun Arena"da oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq. Meydan sahibləri rəqibinə uduzmasa, vaxtından əvvəl Premyer Liqada çempionluğu təmin edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026