• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Qrinvud sərbəst buraxıldı

İDMAN

02 Fevral 2022 | 21:26 | Müəllif: Subhan Mahmudov

Qrinvud sərbəst buraxıldı

“Mançester Yunayted” klubunun futbolçusu Meyson Qrinvud həbsxanadan çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qrinvudun növbəti istintaqadək girov müqabilində sərbəst buraxıldığı bildirilib.

Daha əvvəl bildirmişdik ki, Model Qarriet Robson sevgilisi, futbolçu Meyson Qrinvudu zorakılıqda ittiham edib. Robson bununla bağlı öz İnstaqram hesabında məlumat yayıb. Model fotolarını paylaşaraq, Qrinvudun ona fiziki zorakılıq etdiyini bildirib. Bundan sonra polis 21 yaşlı oyunçunu həbs edib. “Mançester Yunayted”də onu əsas komandadan kənarlaşdırıb. Həmçinin “Nike” firması da Qrinvudla əlaqəsini kəsib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026