• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Millimizin üzvü Ukraynada evsiz qaldı

İDMAN

04 Mart 2022 | 12:24

Millimizin üzvü Ukraynada evsiz qaldı

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü İrina Kindzerska Rusiyanın Ukraynaya hücumu nəticəsində evsiz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm”.

Qeyd edək ki, Kindzerskanın Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalıb. Azərbaycan milli komandasının qadın cüdoçusu və ailəsi hazırda təhlükəsiz yerdədir.

Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026