• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AFFA-dan "Neftçi"nin futbolçusuna ağır cəza

İDMAN

04 Mart 2022 | 17:48 | Müəllif: Subhan Mahmudov

AFFA-dan "Neftçi"nin futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsi "Neftçi"nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb. 

Belə qərar verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci Divizionun 16-cı turunda "Neftçi-2"nin heyətində "Qaradağ Lökbatan"la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir.  O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb.  Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, matç "Qaradağ Lökbatan"ın qələbəsi ilə yekunlaşıb - 2:0.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026