• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

"Neftçi" qələbə sayəsində liderliyə yüksəlib

İDMAN

02 Fevral 2022 | 20:39 | Müəllif: Subhan Mahmudov

"Neftçi" qələbə sayəsində liderliyə yüksəlib

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura start verilib.

Bakıvaxtı.az xəbər verir ki, günün yeganə qarşılaşması “Murov” və “Neftçi” komandaları arasında olub.

“Murov” Voleybol Klubunun idman zalında baş tutan görüş qonaqların 1:3 (29:31, 25:23, 16:25, 20:25) hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarını 6-ya çatdıran "ağ-qaralar" liderliyə yüksəlib.

Qeyd edək ki, IV turun MOİK – "Sərhədçi" oyunu qonaq komandanın baş məşqçisi Qüdrət Məlikov və voleybolçusu Ramiz Bağırovun koronavirusa yoluxması səbəbindən təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026