• Bakı 13° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Mbappe "Real"la müqavilə imzalayacaq

İDMAN

04 Yanvar 2022 | 12:35 | Müəllif: Subhan Mahmudov

Mbappe "Real"la müqavilə imzalayacaq

PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının matçlarından sonra "Real"la müqavilə imzalayacaq.

Adalet.az xəbər verir ki, bu barədə "El Chiringuito TV" məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi keçidə heç nəyin mane olmayacağına əmindir. Qeyd olunub ki, artıq tərəflər arasında razılıq əldə olunub, sadəcə imzalamaq qalıb. Çempionlar Liqasının 1/8 mərhələsində PSJ - "Real" matçlarından sonra müqavilə imzalanacaq.

Xatırladaq ki, Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. Onun klubu ilə müqaviləsi bu ilin iyunu başa çatır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026