Türkiyədə keçirilən futbol matçında dava düşüb.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Kırklarelidə keçirilən “Hürriyetspor” – “Küştəpə Gənclikspor” matçında qeydə alınıb.
Hər şey “Hürriyetspor”un futbolçusu Talha Nazlının qırmızı vərəqə almasından sonra başlayıb. Belə ki, rəqib oyunçuya təpik atdığı üçün T.Nazlı qırmızı vərəqə alıb.
Bundan daha da əsəbləşən futbolçu bu dəfə yerdə uzanan rəqibi Umut Karakaşı təpikləyib. Zərbə nəticəsində U.Karakaşın çənəsi, yanaq sümüyü və burnunda sınıqlar, sol gözünün altında yırtıq əmələ gəlib. Karakaş Ədirnədəki Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.


















