Türkiyənin "Fənərbağça" klubunun prezidenti Ali Koç koronavirusa yoluxub.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, 55 yaşlı funksionerin testi müsbət nəticələnib.
Ali Koç evində karantinə alınıb.
Qeyd edək ki, Ali Koç 2018-ci ildən "Fənərbağça"nın rəhbəridir.
















