Bir neçə gündür ki, adı narkotik qalmaqalında hallanan Azərbaycanın məşhur güləşçisi Mahir əmiraslanov baş vermiş hadisələrlə bağlı açıqlama verib.
Bakıvaxtı.az xəbər verir ki, idmançı ''Xəzər Xəbər''ə açıqlamasında 'adımın narkotik maddələrin saxlanılması,satılmasında hallandırılmasının yanlış məlumat olduğunu deyib. "Hazırda azadlıqdayam və məşqlərimi davam etdirirəm''.
Mahir Əmiraslanov iddia edib ki, polis tərəfindən yayılan videogörüntüdə onun fotosu səhvən qeyd olunub.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin yaydığı videoda göstərilən fotosu, bir il əvvəl çəkilib. Mahir iddia edir ki, həmin vaxt, o, narkotik vasitələrin qanunsuz dövriyqəsi ilə məşğul olduğu üçün yox, başqa səbəbdən polis tərəfindən saxlanılıb.
Hazırda Mahir Əmiraslanov ''Zenit'' İdman Cəmiyyətində əməkdar məşqçi Cavid Qurbanovun rəhbərliyi altında məşqələrini davam etdirir.
Qeyd edək ki,Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərin fotosu yayılıb. Onların içərisində Mahir Əmiraslanovun da fotosu olub.
















