• Bakı 23° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Roberto Karlos karyerasını bərpa edir

İDMAN

01 Fevral 2022 | 15:33 | Müəllif: Subhan Mahmudov

Roberto Karlos karyerasını bərpa edir

"Real"ın və Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos karyerasını bərpa etmək qərarına gəlib. 

Bakıvaxtı.az xəbər verir ki. bu barədə BBC məlumat yayıb. 49 yaşlı veteran oyunçu həvəskar çempionat hesab olunan İngiltərə Pivə Liqasında çıxış edəcək. Karlos "Bull in Barn Yunayted" klubunda oynayacaq. "Bull in Barn Yunayted" “eBay”in sosial platformasının "Dream Transfer" müsabiqəsində qalib gəlib. Klublar burada iştiraka görə 5 funt sterlinq ödəyir və yarışda qalib gələn komanda bir matçlıq peşəkar futbolçu alır. Müqaviləni isə "eBay" həll edir.

"Dream Transfer" tirajından əldə edilən bütün gəlirlər xeyriyyəçiliyə yönəldilib.

Qeyd edək ki, Roberto Karlos 2016-cı ildə karyerasını bitirib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026